19 mart

Tarixdə bu gün

İlin 78-ci (uzun illərdə 79-cu) günü.

Mühüm hadisələr:

1994— 19 mart saat 13.00 da “20 Yanvar” metro stansiyasında qatar dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşmüşdür. Partlayış nəticəsində 14 nəfər həlak olmuş,  49 nəfər isə yaralanmışdır.

İstintaq nəticəsində, “Sadval” separatçı təşkilatının 11 üzvü həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarmışdır, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.

Doğum günləri:

1945 — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, kinoprodüsseri, Azərbaycanın Əməkdar incəsənət xadimi – Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mahmud oğlu Mehdiyev Şəki şəhərində anadan olub.

1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir s a sənədli və bədii filmlərin quruluşçu operatoru, 1986-ci ildən quruluşçu rejissorudur.

Filmoqrafiyasında “Dissonans”, “Şuşa”, “Dissonans”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Babamızın babasının babası”, “İşgüzar səfər”, “Qəm pəncərəsi”, “Qoca palıdın nağılı”, “Şəhərli biçinçilər”, “Səhnədə keçən həyat”, “Mirzə Fətəli Axundov”, “Süni bənövşələr”, “Şahid qız”, “Özgə vaxt”, “Məkanın melodiyası” və digər sənədli və bədii filmlər var.

“Dissonans”, “Ancaq adanı özünlə apara bilməzsən”, “Özgə vaxt” filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.

1955— Azərbaycan Respublikasının Milli Məclisinin Sədri,  filologiya elmləri doktoru, professor Sahibə Əli qızı Qafarova Şəmkir şəhərində anadan olub.

M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.

1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.

2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin “Fulbrayt Skolarşip” proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.

2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.

2015–2017 Avropa Şurası Parlament Assambleyasının “Zorakılıqdan azad qadınlar” parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.

10 mart 2020-ci ildən Milli Məclisin Sədridir.

1960—”Qızıl Qələm” mükafatı laureatı, jurnalist, tərcüməçi Əlihüseyn Məmmədhüseyn oğlu

Vəfat etmişdir:

1925 — Görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri Nəriman Nərimanov (Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov) 54 yaşında Moskvada vəfat etmişdir.

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat “Hümmət” təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov “Hümmət” Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, “Hümmət” qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində Şəhər Təsərrüfatı üzrə Xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq Komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.

N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

1994 — Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rafiq Fərzi oğlu Babayev Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub.

Rafiq Babayev 1936-ci il martın 31-də Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə atası v güllələnmə cəzasına məhkum edildikdən sonra anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı çox  çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxmışdı.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

Bayramlar və xüsusi günlər:

Azərbaycan Miqrasiya orqanları işçilərinin peşə bayramı günü

Prezident İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb. Məhz bu əlamətdar hadisədən sonra hər ilin bu günü Azərbaycanda miqrasiya orqanları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma