Tarixdə bu gün
İlin 79-cu (uzun illərdə 80-ci) günü.
Doğum günləri:

1879 — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Xalq artisti Hüseynqulu Məlik oğlu Rzayev (Hüseynqulu Sarabski) Bakıda kasıb bir ailədə anadan olmuşdur. O, 12 yaşı olarkən ilk dəfə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyasınən teatr tamaşasına baxır. Bu ilk opera artistinin taleyində rəmzi bir məna aldı.
Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur.
İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi.
Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etmişdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”. Səhnədə yaşadığı 30 ildən artıq müddətdə o, 400 dəfə bu rolu oynamış, Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.
16 fevral 1945-ci ildə 65 yaşında vəfat etmişdir.

1899 — Əməkdar incəsənət xadimi, məşhur yazıçı, teatrşünas, kinoşünas, aktyor və rejissor olmuş Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir.
Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir.
Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür.
Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı.
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. 1923-cü ildən başlayaraq C.Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.
Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də, səhər saat 4-də vəfat edib.
Əsərləri: “1905-ci ildə” (1937), “Qız qalası” (1937), “Almas” (1937), “Firuzə” (1939), “Yaşar” (1950), “Aslan və Fərhad” (1957), “Sevil” (1959), “Gülzar” (1965), “Ölkəm” (1965), “Dilarə” (1970), “Od gəlini” (1971), “Ey dan ulduzu” (1979), “Aslan və Fərhad” (1980), “Gülzar”(1982), “Əsərləri” (1984), “Ədirnə fəthi” (1996) və s.

1912—Xalq artisti , uzun müddət rejissor, bədii rəhbər işləmiş Ənvər Məcid oğlu Behbudov Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlәt Teatr Sənəti İnstitutunun rRejisorluq fakultәsini bitirmiş (1942), Ulyanovsk (1944—46), Xabarovsk (1946-48), Novosibirsk (1948-54) teatrlarında rejissor vә bәdii rәһbәr olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan,1954—59) vә M.Qorki adına Dram Teatrında (Rostov, 1959—64) baş rejissor işlәmişdir. “Tüfәngli adam” (N. Poqodin), “Oyanmış torpaq” (M. Şoloxov), “Ölü canlar” (N. Qoqol), “Mәһәbbәt һaqqında 104 sәһifә” (E. Radzinski) vә s. tamaşaların quruluşunu vermişdir. 1966 ildәn Azәrbaycan Opera vә Balet Teatrında baş rejissor işlәmiş, “Koroğlu” operasını tamaşaya qoymuşdur. 1969 ildәn Azәrbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada “Altı iyul” (1970, M.Şatrov), “Kәnar adam” (1972, M.Dvoretski), “Öz yolunla” (1973, R. İbraһimbәјov), “Sәn yanmasan” (1974, N. Xәzri), “Ötәn yay Çulimskdә” (1975, A. Vampilov), “Bir iflasın protokolu” (1976, A. Ҝelman) vә s. әsәrlәri tamaşaya qoymuşdur. Qırmızı Әmәk Bayağı vә “Şәrәf nişanı” ordenlәri, һәmçinin, medallarla tәltif edilmişdir.
28 mart 1994 –cü ildə 82 yaşında vəfat etmişdir.

90
1933 — Tanınmış şair, publisist, dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1950-1954-cü illərdə Quba Pedaqoji Texnikumunda təhsil almağa başlamışdır. Azərbaycan şairi Səməd Vurğunla məhz bu illərdə tanış olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə “Mübariz keşikdə” qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir.
1963-1964-cü illərdə “Natəvan” klubunun direktoru olmuşdur. 1966-1968-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında İncəsənət şöbəsinin redaktoru, 1984-1986-cı illərdə “Qızıl Şərq” mətbəəsində korrektor, 1990-1992-ci illərdə “Amal” qəzetində şöbə müdiri işləmişdir.
1993-cü ildən Azərbaycan Respublikası Dövlət Televiziya və Radio verilişləri şirkətində radionun Ləzgi Redaksiyasının Baş redaktoru vəzifəsində çalışır. Əsərlərini Azərbaycan və ləzgi dilində yazır. Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri “Azərbaycan”, “Qobustan”, “Ulduz” və s. jurnallarda, eləcə də qəzetlərdə müntəzəm çap olunur. “Dağlar silkələndi”, “Şöhrət axtaran xanım” və “Lənət şeytana, yaxud belə-belə işlər” mənzum pyesləri xalq teatrında tamaşaya qoyulmuşdur.
“Şuşam geri alınmasa” və “Ağ atlı oğlan” poeması xüsusilə diqqəti cəlb edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
22 noyabr 2012-ci ildə 79 yaşında vəfat etmişdir.

1938 — Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş Prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, hüquq elmləri doktoru
İlyas Abbas oğlu İsmayılov Tovuz rayonunda anadan olub.
1955-ci ildə A.S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin Cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Baş Prokuroru olmuşdur.
1990-ci ilin sentyabrından 1992-ci ilin yanvarınadək Moskva prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
Səkkiz monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. 1992-ci ildən “Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda” ictimai hərəkata rəhbərlik edib.
1995-ci ildə tərəfdarlarıyla birgə Azərbaycan “Ədalət” Partiyasını yaradıb.
2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı−Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.

1944— Tanınmış aktyor, Xalq artisti Valeh Seyfulla oğlu Kərimov Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb.
V.Kərimov həm də rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazlar yaratmışdır.

1942 — Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Abdulla oğlu Xəlilov (Zahid Xəlil)Yevlax şəhərində anadan olub.
1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər amədəniyyət evinin müdiri, “Qələbə” adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, “Təşəbbüs” adlı Yevlax rayon qəzetində məsul katib, “Mübarizə” adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan “Gənc müəllim” qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə “Ədəbiyyat tarixi” kafedrasında baş müəllim, 1980-ci ildə “Ədəbiyyat və onun tədrisi” kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. Bir müddət Pedaqoqika fakültəsinin dekanı işləyib. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
“Vətənim” adlı ilk şeri 1958-ci ildə, “Yeni Yevlax” qəzetində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə “Literaturnaya qazeta”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə redaksiyanın “Zolotoy telyonok” mükafatına layiq görülüb. Əsasən, uşaq yazıçısı kimi tanınır.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda , Praqada keçirilən “Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat” adlanan ümumittifaq konfranslarda iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub.
Vəfat etmişdir:

1994 — Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa Mirvari Balaqardaş qızı Novruzova 70 yaşında Bakı şəhərində vəfat edib.
Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərinbdə doğulmuşdur.
1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir.
1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
İlk rolu “Eşq və intiqam tamaşasında” (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər (“Qaçaq Nəbi”, S.Rüstəm), Xuraman (“Vaqif”, S.Vurğun), Gülnisə (“Solğun çiçəklər”, C.Cabbarlı), Ceyran xala, Zalxa (“Nişanlı qız”, “Toy”, S.Rəhman), Tükəz (“Hacı Qara”, M.F.Axundov), Hafizə (“Pəri-cadu”, Ə.B.Haqverdiyev), Zeynəb (“Dumanlı Təbriz”, M.S.Ordubadi), Teklə (“Xanuma”, A.Saqareli), Qadın (“Qadın faciəsi”, F.Q.Lorka) və s.
Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur. Әli Zeynalov 75 yaşında dünyasını dәyişir. Xanım uzun müddәt yoldaşının ölümü ilә barışmır.
Mirvari xanım 69 yaşında tәqaüdә çıxarılır. Yoldaşının ölümündәn sonra sәhnәdәn dә ayrılması Mirvari xanәma ağır tәsir edir. Lakin çox keçmir Amaliya Pәnahova aktrisanı Bakı Bәlәdiyyә Teatrında işә dәvәt edir.
Aktrisa 1994-cü ildә teatra işә gedәrkәn yolda ürәyi tutur, xәstәxanaya çatdırılsa da, Mirvari xanımı xilas etmək olmur, martın 20-dә aktrisa gözlərini əbədilik yumur.
Bayramlar və xüsusi günlər:
Ümumdünya Xoşbəxtlər Günü

Birləşmiş Millətlər (BMT) dünyadakı bütün insanların öz xoşbəxtliklərini xatırlamaları və bir-birlərini təbrik etməsi üçün 20 Martı Dünya Xoşbəxtlik Günü kimi qeyd etməyi qərara almışdır. 2012-ci ildən başlayaraq həl il bu gün Dünya Xoşbəxtlik Günü kimi qeyd olunur.
Bu gün dünyanın əksər ölkələrində təhsil , səhiyyə, mədəniyyət, eləcə də müxtəlif qeyri-hökumət təşkilatları, cəmiyyət və təşkilatları bu münasibətlə müxtəlif tədbirlər həyata keçirirlər.