Səməd Vurğun haqqıda xatirələr

Görkəmli şəxslərin həyatından

Səməd Vurğun Qazaxda seminariyada oxuyarkən Mustafayevlər nəslindən olan bir imkanlının evində, daha doğrusu evin zirzəmisində qardaşı Mehdixan Vəkilovla kirayədə qalırmış (Şair seminariyanı 1924-cü ildə bitirmişdir, bu əhvalatda şairin 16-18 yaşlarında baş vermişdir).

Səməd Vurğun tez-tez altdan yuxarı “xozeyin”in qızı ilə danışır, deyib-gülürmüş. Mehdixan Vəkilov da narahat imiş ki, bir gün bunun üstü açılacaq, “xozeyin” onları evdən çıxaracaqdır.Yenə günlərin birində Səməd qızla danışırmış və qurtaran kimi qardaşı deyir ki, Səməd, altdan yuxarı az danış, bax, “xozeyin” bizi evdən qovacaq. Səməd bir qədər susmuş, sonra da üzünü qardaşına tutaraq demişdir:

“Ay Qara (Səməd Vurğun qardaşına belə müraciət edirmiş), vaxt gələr, mənim aşağıdan yuxarı baxdığım adamlar, mənə aşağıdan yuxarı baxarlar”.

Doğrudan da, üstündən illər keçəndən sonra elə şairin dediyi kimi olmuşdur.

                                           *****

Səməd Vurğunun Azərbaycan əlifbası ilə bağlı maraqlı fikirləri vardır. Şair rus qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasının layihəsinə özünün prinsipial münasibətini bildirmişdir. O, layihənin müzakirəsində, (135, 96-98) habelə respublika Ali Sovetinin sessiyasında (135, 99-103) bu barədə danışmışdır.

Şair “ə”, “ö”, “e”, “ü” hərflərini, habelə “ğ” və “c” işarələrinin əlifbamıza daxil edilməsinin qəti əleyhinə olmuş, həm də bunu elmi surətdə əsaslandırmışdır.

Səməd Vurğun elə bir əlifba yaradılmasını istəyirdi ki, bu əlifba Azərbaycan dilinin bütün incəliklərinə, gözəlliyinə və milli xüsusiyyətlərinə cavab versin, dilimizin gələcək inkişafını və çiçəklənməsini təmin etsin. Məhz bunlara görə də şair dilimizdə “ü”, “ö”, “h”, “c”, “ğ” hərflərinə müvafiq səslərin olmadığına əsaslanaraq onların əlifbamıza daxil edilməsini mümkünsüz hesab edirdi. Səməd Vurğun deyirdi:

“Biz dilimizin musiqililiyini, onun ahəngliliyini qorumalıyıq. İş “z” hərfinin əlifbaya daxil edilib-edilməməsində deyil, iş ondadır ki, Azərbaycan dilinin öz milli xüsusiyyəti vardır. Göstərilən hərflərin əlifbaya daxil edilməsi müəyyən dərəcədə dilimizin ahəngini poza bilər». (135, 97)

Xalq yazıçısı İsmayıl Şıxlı əlifba layihəsinin müzakirələrindən birini belə xatırlamışdır: “Axıra yaxın Səməd Vurğun dözmədi. Papirosun kötüyünü külqabına atıb ayağa durdu. Əvvəlcə çubuq götürdü, sonra təbaşir. Yazı taxtasına yaxınlaşdı. Üzünü Davud Quliyevə(dilşünas alim) tutdu:

– De görüm, əlifbamızda “c”, “a”, “y”, “e” hərfləri olduğu halda, əlavə “ə”, “ö”, “e” hərflərinə nə ehtiyac var?..

– Bizim məqsədimiz dilləri yaxınlaşdırmaq və rus dilinin öyrənilməsini asanlaşdırmaqdır.

-Bəs öz dilimiz? – Səməd Vurğun səsini ucaltdı. Görünür, Davud Quliyevin cavabı onu əsəbiləşdirmişdi: – onda qoy ruslar da öz əlifbasına “ə”, “e”, “h” hərflərini əlavə etsinlər!

– Onların buna ehtiyacı yoxdur!

– Bizim də yoxdur!

Arxada gəzişən Teymur Yaqubov (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 8-ci birinci katibi) diksindi və qabağa gəldi.

– Nə demək istəyirsən, Səməd?

– Demək istəyirəm ki, artıq hərfləri qəbul etmək lazım deyil.

– Alimlər bu işi səndən yaxşı bilirlər.

-Bilsələrdi bizi bu günə qoyub əlifbanı dəqiqədə bir dəyişməzdilər. İndi ki,

dəyişirlər, dilimizin fonetik xüsusiyyətlərini unutmazdılar…

-Yenə deyəsən, millətçilik damarın tutub.

Bu sözlərin ciddi, yoxsa zarafatla deyildiyinin fərqinə vara bilmədik. Bir də onu gördük ki, Səməd Vurğun təbaşiri hirslə yazı taxtasına vurub yerinə keçdi (22, 99-100)”.

Şair 1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasında vitse-prezident vəzifəsində işləyərkən dilimizə ağırlıq gətirən hərflərin əlifbadan çıxarılması məsələsini qaldırmış, sonralar onun bu arzusu yerinə yetirilmişdir.

Adilxan Bayramov – tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru.

Mənbə:http://azkurs.org/adilxan-ayramov.html?page=13

Bir şərh yazın