Tələsin, İnsanlar, şirin dadmağa…

Nostalji

Bir mehriban dostumun qız övladı doğulub. Elə sevinmişəm ki. Adını Ayla qoyublar .

Bu yazını onun şərəfinə ithaf edirəm….

A tövbə konfet demirəm,qənd demirəm, noğul-nabat demirəm,  şəkərbura-paxlava demirəm. Şaftalı, şampan mürəbbəsi, “Chateau d’Yquem” təbii və bahalı kərə yağı ilə hazırlanır və 24 karatlıq qızıl tozu ilə  örtülü yarpaq şəkilli   tort olsun:  bir payı 1250 dollardır.

Lap  bərk gedən seqmentin  4 milyon dollar  ödədiyi  içərisində  7 karatlıq çəhrayı brilyant gizlədilmiş çiyələk deserti   olsun… 

  Arzulamıram, heç bunlar olmasın da.   Pişik məsələsi də deyil ha.  Dağda çoban olum, canım sağ olsun.  Sağımda –solumda   balalarım, nəvələrim,  1 addım məndən arxada isə onların nənələri…

 Artıq bildiniz, nədir bu şirinlik…Bizim atalar deyib:

Bala dadı, bal dadı,

Bala adamı aldadır.

Şirini şirin olur,

Acısı da bal dadır.

Dadbilmə qoxusu atrofiyaya uğramış   adam da   şirini  mütləq hiss edir.Çünki  insanın  yaxşı   nə varsa,  bunların  əks olanları  dəfetmə instikti daha   birincidir.  Şirini isə   hələ görmədən, dadmadan   beynimiz qəbul edən kimi, sekresiya vəzisi   fəallaşır.   Çünki ona ehtiyacımız var.  Amma acısı da bal dadan şirinlik maddi deyi, mənəvi  nemət olduğu üçün  onu ruhumuzla   dadırıq.  Maraqlıdır,  bəs niyə indiyə qədər   qohumluq münasibətlərinin  vəznini, çəkisini, rəngini, dadını müəyyən edib  Beynəlxalq Ölçü Vahidlərinə  yenilik etməyiblər?    Qoy təkcə   övlad  acısı çəkib   bunu şirin qəbul edən  möhtərəm ata-analar kimi, hamı da belə   münasibətlərin, yanaşmaların qüdsiyyətini  şüurlu olaraq dərk etsin.

 Şirini şirin olur, açısı da bal dadır…. Varmı belə    şəxs ki, acı dadsın,amma desin ki bal dadır…. Zaman göstərir ki,var, bu dad  övlad şirinliyidir.  Acını da bal dadan  cəfakeş Ana,  onları damının altına yığıb xeyirli sabahlara aparan Atadır.

  

Bu mahnımıza  qulaq asmaqdan  doymuruq ki.  Baba-nənə yaşında özümüzü  beşikdə  nazlanan  övladlarımız, nəvələrimiz kimi   bəxtəvər hiss edirik:

Əsildir nəvə, nəsildir nəvə,

Övladdan da şirindir, şirindir nəvə.

Dövlətdə dəvə, övladda nəvə,

Deyib bu sözü atalar belə…

Deməli, aylar, illər  ötür… Özbaşına ötmür ey. Ata-ana  kiprikləri ilə od götürür,  yuxusuz gecələr keçirib     dünyaya göz açanda  çəkiləri 3-4 kq olan tifillərini  ətə-qana doldurur,    boya-başa çatdırılar. İndi onları evləndirib baba-nəvə olmağa tələsirlər. Halalınız olsun. Bütün ata-analara nəsib olsun. Onda  biləcəksiniz ki, necə olur övladdan şirin olmaq…

 Digər  bir bənzərlik də var.  Ölkələr var ki, həmin ölkələrdə  körpəlri aistlər gətirir.  Bizim  bəbışləri arılar gətirir.

Arı  çox zəhmətkeş canlıdır.  100 qram bal toplamaq üçün üçün bal arısı bir milyon çiçəkdən şirə götürür. Gündə 200 hektardan çox sahəyə uçur, 300 min km yol qət edir.  Məncə,  anaların zəhməti   də arıların zəhməti qədər   heyrətedicidir. Ana rəhminə düşənə qədər,   bəlkə də  hələ  ailə qurmamışdan da əvvəl      ailə qurmağa hazırlaşan qızlarımzın  dilə gətirmədikləri, ürəklərində, xəyallarında  bəslədikləri niyyət olur dünyaya  çocuq gətirmək, ona Layla demək,  “Ana”  deyə çağrılmaq… Bunun üçün 9 ay sərasər  rəhmindəki    yavrusunun  xoşməramlı əsgəri olur. Onun keşiyini çəkir,  yayda gündən, qışda, qarda yağışda  soyuqdan, küləkdən  qoruyur. Yanında, televizorda  insanlar əııllərinə keçəni yeyəndə, o, nəfsinin  əl-qolunu bağlayıb  körpəsinə təslim edir.   Dünyaya göz açanda ta ayaqaçıb sərbəst yeriyənə qədər,  dili-dişi söz tutub   ehtiyaclarını yaxınlarına bildirməyi bacarana qədər  davam edir bu müsəlləh əsgərlik. Heç  sonra da  səngimir . Ana-ata estafeti davam etdircək  övladları  bu  həddə yetincə,  varisliyi qoruyur, onu  sələflrinə ötürüb  şanlı xələflərə çevrilirlər.

  Bu qədər zəhmətin qarşılığı olaraq   nəşvünüma tapmış, meydana çıxmış sevgi çiçəkləri, onların meyvələri necə şirin olmaya bilər?!

Bütün evlərimizə  bol-bol belə şirinlik arzulayırıq…

 ….Ən azından 4 nəvə : iki oğlan + iki qız

 Tələsin, İnsanlar, şirin dadmağa…” üçün 2 cavab

  1. Doğmalıq-övlad, nəvə-nəticə, valideyinlik, baba-nənə, ata-ana hisslərinin heç bundan ülvi, münis, gözəl ifadəsi ola bilərmi? Bu hiss və duyğuları bilməyənlər üçün öyrənmək mənbəyidir bu yazı. Var olasınız, hörmətli Akif müəllim. Sizə Allahdan nəvə-nəticələrinizin bəxtəvər günlərinin fərəhini, şəhdi-şəkərini, balını bol-bol dadmaq arzulayıram!

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın