Uşaqlara davranış qaydalarının öyrədilməsinin yolları və əhəmiyyəti

Valideyn guşəsi

Uşaqların inkişafında davranış, nizam-intizam qaydalarının öyrədilməsi çox vacibdir. Ancaq bu qaydaların hansı qaydalar olması və onların necə öyrədilməsi diqqətdə saxlanılmalıdır. Çünki hər bir uşaq da cəmiyyətin bir üzvüdür və onların da ətraflarındakı mədəni mühitinə uyğunlaşması bu qaydaların necə mənimsənməsi ilə mümkün ola bilər.

Uşaqlar üçün qaydalar hansı mənaya gəlir?

Əlbəttə ki, söhbət heç də inzibati qaydalardan deyil, davranış və əxlaq normalarından gedir. Axı müxtəlif davranış və əxlaq normaları əhatəsində böyüyən uşaqlar hır bir davranış və normanın mahiyyətindəki ideoloji, duyğusal və mədəni dəyərləri və təcrübəni mütləq hafizəsinə qeyd edir. Bu da şəxsiyyət inkişafı baxımından olduqca önəmli bir nailiyyətdir.

Məsələn:

Kimsə kimsə ilə təsadüfi olaraq davranmır. Deməli, sənə qarşı da təsadüfi davranılmır, sən də kimsəyə təsadüfi davranmamalısan. Bu münasibətlər düşünülmüş və sistemli olmalıdır, məntiqlə olmalıdır. Başqaları ilə yaratdığımız əlaqələrin özünəməxsus sərhədləri vardır.

Azadlıq haqqımız olduğu kimi, məhdudiyyət sərhədləri də var. Həyatımızda baş verən hər şey tam bizim istədiyimiz kimi ola bilməz ki. Bizim istəklərimiz olduğu kimi, başqalarının da istəkləri var. Hər kəs bir-birinin istəklərini hesaba almalı və hörmət etməlidir ki, dünya tək bizim deyildir, onun gözəlliklərindən hamı istifadə edə bilsin.

Başqalarını düşünmək, eyni zamanda özünü düşünmək deməkdir. Başqalarının hüquqlarına hörmət göstərərkən, öz hüquqlarına da hörmət göstərdiyini nümayiş etdirmiş olarsan. Bu meyarla başqasının zərər görməsinə razı olmadığımız kimi, özümüzü də qorumuş olarıq.

Qaydalar hamı üçündür və hamı da bu qaydalara əməl etmək məsuliyyəti daşıyır. Qaydaların hakim olduğu mühitdə, imtiyaz deyə bir şey olmaz. Bu da demokratik həyat şüurunun formalaşması deməkdir.

Bunlara diqqət edin:

Qaydalar uşağın yaşına və inkişafına uyğun olmalıdır: Uşaqların yaş və inkişaf mərhələləri bir-birindən fərqli xüsusiyyətlər daşıyır. Məsələn, məktəbəqədər dövrdə bu qayda və normalar onların şüuru üçün çox açıq və aydın olmur. İbtidai məktəb dövründəki uşaqlarda isə qaydalar artıq şüuru olmaqla yanaşı, daha yaxşı qəbul edilir, məsələn: əl qaldıraraq danışma, icazə alaraq tualetə getmə, televiziyada yalnız bir dənə proqramı izləməyə razılaşması və s. Yetkinlik dövründə bir qədər də şüur dərinləşir və mücərrəd düşüncə ilə birləşir. Beləliklə, bərabərlik, ədalət, hörmət etmək kimi mücərrəd və prinsipial qaydaları yerinə yetirməyə başlayır. Ancaq bu dövrdə, xüsusilə qayda qoyanla ilə yeniyetmə arasında tez-tez mübahisələr də yaşanır.

Mümkün olduqca az qayda qoyulmalıdır. Bir ictimai mühitdə nə qədər çox qayda varsa, o qədər çox risk var deməkdir. Bu səbəblə, xüsusilə kiçik yaşlarda qayda sayının az olması vacibdir. Bu məsələdə əsas meyarlardan biri budur ki, uşağın “yaşı qədər qayda qoymaq” olar. O halda, 5-6 yaşındakı bir uşaq üçün 5-6 dənə normadan daha çoxuna ehtiyac yoxdur.

Qayda qoyarkən uşağın da fikri nəzərə alınmalıdır. Qaydaların olması üçün ən az iki nəfərin əlaqə halında olması lazımdır, həm də fərqli yox. O halda qaydalar hər iki tərəfi də maraqlandırır. Güclü olan tərəfin qayda diqtəsi uşağın inkişafına töhfə verməz. Əksinə, münasibətdəki qaydaları hamı güclə qoyarsa, uşağa dəyərsizlik hissi yaranar və bundan da uşağın qəzəb hissi qidalanmış olar. O halda, uşaqla danışaraq qaydaların qoyulması və onun da razılığının alınması lazımdır. Əlbəttə ki, bu hər bir məsələdə razılıq almağı zərurət halına gətirmək demək deyil. Elə məsələlər var ki, onun mahiyyətini valideyn daha mükəmməl bilir.

Qaydaların səbəbi açıqlanmalıdır. Müəyyən bir ideoloji və məntiqi səbəbə əsaslandırılmayan qaydalara heç kim tabe olmaq istəməz. Uşağın bir şeyə tabe olması tələb olunursa, bunun arxasındakı əsası açıq şəkildə ortaya qoyulması lazımdır. Bu əsasın inandırıcılıq səviyyəsi qanuna tabe olmanı və ya uyğun gəlməməni artıra bilər.

Qaydaların yerinə yetirilməsi ardıcıl saya alınmalı dəyərləndirilməlidir. Qaydalara riayət edildiyi və ya edilmədikdə nə olacağı məsələsi də aydınlaşdırılmalıdır. Qaydaya riayət edilmədiyi hallarda, əvvəlcə, imkan vermək, bəzən kiçik xatırlatmalar etmək, bəzən də qanuna niyə əməl edilmədiyini aydınlaşdırmaq kimi üsullar sınana bilər. Əgər bunlar işə yaramırsa, o zaman kiçik məhrum etmələr (oyunu məhdudiyyət, televiziya izləməsini məhdudlaşdırma) tətbiq etmək olar.

Qaydalar daşlaşmış olaraq qalmamalıdır. Tələbatı ödəməyən və ya uşağın inkişafını dəstəkləməyən qaydalar dəyişdirilməlidir. Çünki bir qaydadan gözlənilən hansısa münasibətləri qaydaya salaraq həyat keyfiyyətini artırmaqdır. Əgər qoyulan qayda nəticə verməzsə, ya da işə yaramazsa, daha yeni bir qayda düşünülə bilər və ya tamamilə ləğv oluna bilər.

Uşaq qaydalara əməl olunduqda “qaydaya əməl etdin” deyə hər dəfə təltif etməyə ehtiyac yoxdur. Çünki qaydaya uyğunlaşmaq bir məsuliyyətdir və təbii bir şeydir. Ancaq əgər yeni bir qaydanın öyrənilməsi üçün zamana ehtiyac varsa, müəyyən ölçülərdə mükafatlandırma edilə bilər. Əlbəttə, bu mükafatlandırmanın də mümkün olduqca, maddi bir mükafat olmamasına diqqət göstərilməlidir. Sosial və şifahi təltif olunmalar kifayətdir. Məsələn, “Diqqət etdim ki, dediklərimizi doğru yerinə yetirirsən. Buna çox sevindim “,” Qaydalara əməl etməyə çalışdığını hiss edirəm və buna sevinirəm” kimi və s.

Unutmayın ki, uşaqları davranış normalarına necə öyrətsək, gələcəkdə də o cürə görəcəyik. Bir də unudulmamalıdır ki, bu öyrətmədə ən böyük nümunə valideynlər özləri olmalıdır.

Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Bir şərh yazın